Aqil Abbas: “Gərək Yaponiya səfirliyinə müraciət edim ki, artezian vurdursunlar”
Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas çıxışını “dünya çox böyükdür, dünyadan danışmayacağam, Ağcabədidən danışacağam”-deyərək sözə başlayıb.
Deputat deyib ki, Ağcabədidə 115 artezian qazılıb, amma işləmir: “Cəmi 11 artezianın bərpasına pul ayrılıb. Camaat zəng edir, məktub yazır, deputatdan da, başçıdan da artezian tələb edir. Görüşəndə deyirəm ki, qardaş, mən artezian vura bilmərəm, buna pulum çatmaz. Bir artezian 50 min manata qazılır. Əhmədzadədən sonra camaat susuz qalıb. Şəmkirdə də camaatın əkin-biçini yanır. Həmin kəndli məcbur olub Bakıya qaçıb gələcək”.
A.Abbas problemin təcili həlli zəruri sayıb: “Sərsəng su anbarı bizdə deyil, nümayəndələrimiz gedib baxdılar, amma hələ bir yenilik yoxdur. Xahiş edirəm, bu məsələni yoluna qoysunlar”.
Deputat qeyd edib ki, “Azərsu”nun məsul olduğu sahədə, içməli su artezianları ilə bağlı da bərbad vəziyyət hökm sürür. “Yaponlar sağ olsun, o vaxt onlar Ağcabədidə artezianlar qazdırdılar. İndi gərək Yaponiya səfirliyinə müraciət edim ki, artezian vurdursunlar, camaat susuz qalıb”.
Sonda A.Abbas “təzə kadrlar nədənsə özünü doğrultmur, sağ olsunlar”, deyə, deputat bildirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirlik: Ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir
“YAŞAT” yeni tədris ilində 67 şəhid övladına dəstək oldu - Fotolar
CİDDİ TƏHLÜKƏ: Xəzər dənizinin suyu niyə azalır?
AQTA daha 11 müəssisədə pozuntular aşkarlayıb
Ölkə başçısının əfvinə sığınanlar - BU DƏFƏ DAHA GENİŞ MİQYASDA
DİN vətəndaşlara müraciət etdi