Aptek işçilərini ölümünə döydülər - ŞOK KADRLAR (VİDEO)
Türkiyənin İstanbul şəhərində əczaçılarla müştəri arasında yaşanan insident az qala faciə ilə sonlacaqdı.
Minval.info xəbər verir ki, aptekdən dərman alan G.S-ya satıcı vitamin həbi almağı tövsiyə edib. O, əczaçının dediyi ilə razılaşıb, amma bütün dava-dalaş bundan sonra baş verib.
Belə ki, qutudakı dərmandan birini istifadə edən şəxs həbi qaytarmaq üçün aptekə geri dönüb. Əczaçı isə dərman qutusunun açıldığına görə 40 lirəlik vitamini götürməyib. Bunun ardınca aptekdən ayrılan G.S dostu K.S ilə yenidən geri dönərək dava salıb. Onlar aptekdə çalışanlara hücum edərək fiziki güc tətbiq ediblər.
Dalaşanlardan biri aranı sakitləşdirmək istəyən əczaçı köməkçisinin başına təpiklə vurub. O, zərbənin gücündən huşunu itirərək özündən gedib. Ardınca hamı gəncin özünə gəlməsi üçün onun başına toplaşıb.
Türkiyə mətbuatı yazır ki, aptekə basqın edən şəxslər saxlanıldıqdan az müddət sonra sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda eyni yol bir ildə 3 dəfə çökdü – Foto
Yardımlıda meşə zolağında yanğın başlayıb
Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb
Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanıldı - FOTOLAR
Zaqatalada koronavirusa yoluxan şəxs tamadalıq etdi
Bakıda yaşayış binasında yanğın: ölənlər var