Antibiotik qızın bədənini elə bir hala saldı ki… – Foto
Antibiotikin allergik təsiri 29 yaşlı fransız qızın bədənini 90 faiz yandırıb.
Sputnik.az xəbər verir ki, Fransanın Avinyon şəhərinin sakini Kamilla Laji badamcıqlarının müalicəsi üçün penitsilin qəbul edib. Əvvələr bu antibiotik onda heç bir allergik reaksiya verməyib. Ancaq bu dəfə onun bütün bədəni səpib və gözləri yanmağa başlayıb.
Qızın vəziyyəti pisləşdiyi üçün valideynləri onu xəstəxanaya çatdırıb. Həkimlər Lajiyə Layella sindromu və ya toksik epidermal nekroliz diaqnozunu qoyub.
Adətən bu xəstəliklərdən əziyyət çəkən xəstələrin temperaturu qalxır, bədənində səpgilər, sonra böyük sulu qabarcıqlar yaranır.
Laji Marsel şəhərində ağır yanıq diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanada 3 həftə qalıb.
“Layella sindromuna qarşı heç bir dərman preparatı yoxdur. Sadəcə olaraq morfi var ki, bu da ağrıları azaltmaq üçündür. Mən başdan ayağa bintlə bağlamışdılar. Çünki dərimin 90 faizi ikinci dərəcəli yanmışdı. Eyni zamanda dil və traxeya da zərər görmüşdü” — deyən Laji bir neçə gün danışa bilmədiyini də bildirib.
Hazırda Laji bloq yazılarında öz müalicəsi barədə yazır. O düşünür ki, belə etməklə bu xəstəlikdən əziyyət çəkən digər insanlara da kömək edə bilər.
“Mənim heç vaxt normal dərim olmayacaq. Məndə əvvəlki kimi çox sayda çapıqlar var. Və onlar hər gün mənə bu xəstəliyə qələbəmi xatırladır” — deyə Laji bildirir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda məktəbdə şagird öldürülüb? - ŞOK İDDİALAR (FOTO)
Bakıda qadın özünü 11-ci mərtəbədən atdı
60 yaşlı kişi itkin düşdü
Azərbaycan səfirliyinin binasına “İskəndər” raketi düşdü
Övladını kanala ataraq öldürən ananın məhkəməsi başlayır
Ağac uşağın üstünə aşdı — VƏZİYYƏTİ AĞIRDIR