ANS-in sabiq prezidenti Vahid Mustafayevə yeni Vəzifə verildi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin geniş iclası keçirilib.
Minval.info -nun əldə etdiyi məlumata görə iclasın gündəliyində cari məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunub.
İttifaqın İdarə heyətinin iclasında qarşıda duran planlar barədə, Milli Kino Günü ilə bağlı, “Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsinin nəticələri barədə , Milli Kino Mükafatının müəyyən olunması, Fəxri adların təqdimatı, İttifaqa üzvlüyə qəbulla bağlı və cari məslələr müzakirə olunub.
İttifaqın İdarə heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul ediliblər.
Bundan əlavə İttifaqın İdarə heyətinin yekdil qərarı ilə prodüser, rejissor, ssenarist Vahid Mustafayev də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol