Anar Nağılbazın ölüm səbəbi bilindi
Xəbər verdiyimiz kimi Anar Nağılbaz vəfat edib.
Minval.info xəbər verir ki, bu barədə ilk olaraq müğənni Ceyhun özünün şəxsi “instagram” hesabında məlumat paylaşıb. Müğənni minval.info-nun əməkdaşına xəbəri təsdiqləyib:
“Belə şeyin zarafatı olmaz. Allah Anara rəhmət eləsin. Ölüm səbəbini dəqiq bilmirəm, amma dünyasını dəyişməsi dəqiqdir. Bizə düşən Allahdan rəhmət diləməkdir”.
Minval.info-nun əldə etdiyi məlumata görə, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz, xəstəxanada dünyasını dəyişib.
Ətraflı məlumat almağa çalışırıq.
Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə “Canlı klip şou” rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə “Narkodünya” mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə baş verən yanğın təxribatdır? - CAVAB
“Bu təbii fəlakətdir, texnogen iz axtarmağa dəyməz”
"Topuş bacı”ilə bağlı şok açıqlama - Xərçəng xəstəliyi...
Xaləddin İsgəndərov işdən çıxarılmasından danışdı: "Yığışıb gedirəm evə"