Amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
Ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.
Minval.info xəbər verirki, klipin təqdimat mərasimində amerikalı müğənni Della Miles və onun meneceri Hüseyn Fatih Oktay, Azərbaycanın Əməkdar artisti Qoçaq Əsgərov, BAMF-ın prezidenti Umud Mirzəyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bizim Yol” qəzetinin baş direktoru Bahəddin Həziyev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, “Xarıbülbül” kompoziyasının bəstəkarı Tural Məmmədli çıxış ediblər.
Tədbirdə, həmçinin “Yeni Müsavat” qəzeti, “ Minval.info”, “AZƏRTAC”, “REAL TV”, “CBC”, “ARB 24”, “ATV Xəbər” və digər media mənsubları da iştirak ediblər.
Qeyd edək ki, dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycanda səfərdədir.
Məlumata görə, Della Milesin Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.
Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məhşurlaşan Miles sonralar Michael Jackson və Vhitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.
Nərminə Məmmədova
Foto: Elçin Əkbərov


ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol