Amaliya Pənahovanın vida mərasimindəki mübahisənin səbəbi bilindi - Video, Foto
Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb. Buna səbəb isə vida mərasiminə gec qatılan F. Kərimovanın yazıçının yanında əyləşməsi olub.
Minval.info unikal.org-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub. Belə ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib. Xalq artisti “Azdrama”nın bələdçisinin xəbərdarlığına da məhəl qoymayıb.

Səhnədə olan nazir Əbülfəs Qarayev çıxışını başa vurduqdan sonra Flora Kərimovanın onun yerində oturduğunu görüb, başqa yerdə əyləşmək məcburiyyətində qalıb.
Məsələ ilə bağlı xalq yazıçısı Elçin Əfəndiyevlə əlaqə saxlanılıb. Xalq yazıçısı F.Kərimova ilə aralarında yaşanan mübahisəyə bir cümlə ilə cavab verəcəyini bildirib: “Görünən dağa bələdçi lazım deyil, hər kəs hər şeyi gördü”.
https://youtu.be/BpcVGL7VnEY
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi