Amaliya Pənahova vəfat etdi
Tanınmış teatr və kino aktrisası, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahova vəfat edib. Bu barədə məlumatı əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkədə paylaşıb.
Verdiyi açıqlamada bildirib ki, A. Pənahova gecə saatlarında vəfat edib: “Amaliya xanım bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi”.
Qeyd edək ki, xalq artistinin 73 yaşı var idi. A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin “Mənim günahım”, M. Muradın “Təkan”, M. Qurbanovun “Sənsiz”, O. Altunbayın “Tomris”, A. Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.
2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .
17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"EDHO"ın İlyası Şuşada: "Nə oldu Paşinyan?" - Video
Məlahət Abbasovaya Türkiyədə vəzifə verildi
Prezident mükafatına layiq görülən sənətkarlar:
Nazpəri Dostəliyevanı zəhərləmək istəyiblər: "Hər şey məlum oldu"
Prezident xalq artisti ilə bağlı sərəncam verdi
“Dastana döndü” layihəsi təqdim edildi – VİDEO
