Almatıda vəziyyət pisləşir: polislə etirazçılar arasında toqquşma - FOTO
Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb.
Bakupost.az xəbər verir ki, Almatıda aksiya iştirakçıları polis postunu yandırıb.
Mitinq iştirakçılarının sözlərinə görə, həmçinin ölkənin hakim “Nur Otan” partiyasının filiallarından birinə hücum edilib.
Ölkənin teleqram kanallarının yaydığı məlumata görə, şəhərin mərkəzində hazırda etirazçılar ilə Milli Qvardiya qüvvələri arasında toqquşma baş verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütlənin qarşısını almağa çalışır.
Rəsmi məlumata görə, Almatıda qarşıdurma zamanı 137 polis əməkdaşı və 53 mülki vətəndaş xəsarət alıb. 190 nəfər tibb müəssisələrinə müraciət edib.
Bununla yanaşı, 40 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7-si hazırda reanimasiyadadır. Onlardan 4-ü polisdir.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev sərəncam imzaladı
Üzərində "Lə ilahə illəllah" yazılmış pivə satışa çıxarıldı - FOTOLAR
"Əlimi nəyə qoyuramsa, həyat yoldaşım onu alır” - Şəbnəm
Koronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı
General yüksək vəzifəyə təyin edildi
Gəncə terroru olmasaydı... - Fotolar
Damlaya “Xəzər”də qoyulan qadağa götürüldü - Karantindən sonra efirə çıxdı