Almaniya hökuməti Krauss-Maffei Wegmann müdafiə şirkətinin Ukrayna ordusu üçün 100 haubitsa istehsalı ilə bağlı müraciətini təsdiqləyib.

Qaynarinfo “Politico” saytına istinadla xəbər verir ki, bu barədə Krauss-Maffei Wegmann-ın sözçüsü bildirib.

Berlinin 2000 haubitsasını satmağa hazır olması Ukraynaya hərbi dəstəyin əhəmiyyətli dərəcədə artdığını göstərir. Almaniya artıq öz ordu ehtiyatlarından Ukraynaya doqquz “Panzerhaubitze 2000” tədarük edib və Ukrayna rəsmiləri bildiriblər ki, silahlar artıq Rusiyanın işğalına qarşı mübarizəyə dəyərli töhfə verib.
Krauss-Maffei Wegmann sözçüsü Kiyevin şirkətdən ümumi dəyəri 1,7  milyard avro olan 100 ədəd “Panzerhaubitze 2000” sifariş etdiyini və silahlara məsul olan Almaniya İqtisadiyyat Nazirliyinin İyulun 13-də artilleriya hissələrinin istehsalına başlamaq üçün lazımi icazə verdiyini təsdiqləyib.

Silah istehsalçısı şirkət silahların nə vaxt hazır olacağını deməyib, ancaq  istehsalın bir çox aylar çəkəcəyi gözlənilir. Silahlar hazır olandan sonra isə onların Ukraynaya göndərilməsi üçün yenidən alman hökümətinin icazəsi lazım olacaq.