Allahşükür Paşazadə: “Gəncədəki təxribatların törədilməsində qonşu dövlətlərin, xüsusən də ...”

“Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk”.
“Report”un Qərb bürosunun xəbərinə görə, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
“Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. Təbii ki, bu terror hadisələrinin təşkilatçıları Azərbaycanın beynəlxalq arenda nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir”, – A.Paşazadə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı