Alimlərdən xəbərdarlıq: Meymunçiçəyi virusunun əlamətləri dəyişir
Meymunçiçəyi xəstəliyinin əlamətlərində dəyişikliklər var.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərədə aparılan və “The Lancet” tibb jurnalında dərc edilən yeni araşdırma meymunçiçəyi virusunun müxtəlif simptomlara səbəb ola biləcəyini ortaya qoyub.
Araşdırmaların sonunda xəstələrin 67%-nin yorğunluqdan şikayət etdiyi, 57%-nin isə yüksək hərarət olduğu ifadə edilib. “Lancet”də dərc edilən araşdırmada meymunçiçəyi virusuna yoluxmuş xəstələrin 18%-də heç bir əlamət və ya simptomun olmadığı açıqlanıb.
Tədqiqata qatılan insanların son üç həftədə ən azı bir dəfə yeni cinsi partnyorla birlikdə olduqları da açıqlanıb. Respondentlərin yarısı prezervativdən istifadə etmədiklərini bildiriblər.
Aparılan araşdırmalarda meymunçiçəyi virusu zamanı yaranan səpgilərin ümumiyyətlə cinsiyyət orqanlarında cəmləşdiyi görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda koronavirusdan sağalanların sayı 1162 nəfərə çatdı
Milli Məclis deputatı jurnalisti söydü, orduya isə hörmətsizlik etdi
“Yoldakı çökmə metro tikintisi ilə bağlı deyil” - Qurum sözçüsü
Azərbaycanda baş həkimin evinə edilən hücumun görüntüləri - VİDEO
“Araz” hərbi zavodunda baş verən yanğınla bağlı cinayət işi açıldı
“Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO
XİN-də yüksək vəzifə verilən xanım kimdir? - Bioqrafiya