Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan keçmiş kürəkəni Elnur Mövlanov həbs edilib.
Minval.info xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə baxılır. Bir müddət əvvəl həbs olunan 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə bu gün də növbəti məhkəmə iclası baş tutub.
Bugünkü iclasa A. Qasımovun ailə üzvləri gəlmədiyi üçün prosses sentyabrın 30-na təxirə salınıb.
Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova və xanımıdır.
O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.
Xatırladaq ki, F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır