Ali məktəblərdə qəbul planı dolacaqmı? – Əsas ixtisaslar və gözləntilər
Bu il ali təhsil müəssisələrinə müraciət edənlərin sayı əvvəlki illərə nisbətən artıb. Statistik məlumatlar göstərir ki, qəbul planı daha yüksək səviyyədə dolacaq.
Minval.info xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi bu barədə açıqlama verib. Onun sözlərinə görə, bu il ali məktəblərə ümumilikdə 134 min müraciət qeydə alınıb. Müraciət edənlərin 90 mindən çoxu, yəni təxminən 100 min nəfəri I, II, III və IV ixtisas qruplarını seçib.
Bu qruplar üzrə ayrılmış plan yerlərinin sayı təxminən 63-64 min təşkil edir. Mövcud göstəricilər qəbul planının iki tur ərzində demək olar ki, tam dolacağını göstərir. Birinci turda bütün yerlərin dolması ehtimalı yüksək olmasa da, ikinci turdan sonra plan yerlərinin ən azı 95 faizinin tutulacağı gözlənilir.
Elçin Əfəndi qeyd edib ki, ötən illə müqayisədə bu il həm paytaxt, həm də bölgə universitetlərində qəbul planının doluluq səviyyəsi daha yüksək olacaq. Demək olar ki, bütün ali məktəblərdə plan yerlərinin doluluğu ötən illə müqayisədə ən azı 3-4 faiz artacaq.
Ekspertin fikrincə, birinci turdan sonra bəzi ixtisaslar üzrə boş plan yerləri qala bilər. Bölgə universitetlərində əsasən aqrar və kənd təsərrüfatı istiqamətləri üzrə müəyyən boşluqlar müşahidə oluna bilər. II ixtisas qrupunda biznes, mühasibat və menecment, I qrupda isə mexanika, maşın mühəndisliyi və materialşünaslıq mühəndisliyi kimi ixtisaslarda ikinci tur üçün boş yerlərin qalması mümkündür.
Elçin Əfəndi bildirib ki, III ixtisas qrupunda muzeyşünaslıq, bəzi özəl universitetlərdə isə tərcümə ixtisasları üzrə plan yerləri tam dolmaya bilər. IV qrupda isə əsasən aqrar istiqamətlərdə, xüsusilə ekologiya ixtisasında boş yerlərin qalacağı ehtimal edilir.
Ekspert vurğulayıb ki, dövlət universitetlərində qəbul planı özəl ali məktəblərlə müqayisədə daha yüksək faizlə dolacaq. Bəzi dövlət universitetlərində məhdud sayda boş yerlər ikinci tura qala bilər. Əsasən Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində bəzi ixtisaslar üzrə az sayda plan yerlərinin ikinci tura qalması mümkündür.
Ekspert sonda qeyd edib ki, qəbul planının dolmasına imtahan nəticələri və müsabiqəyə buraxılan abituriyentlərin sayı birbaşa təsir göstərir. Müsabiqəyə nə qədər çox abituriyent buraxılırsa, universitetlərin qəbul planının tam dolması ehtimalı da bir o qədər artır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaqub Baratlı ali təhsil üçün Qarabağ universitetini seçdi
İxtisas seçimi qaydalarına yeni dəyişikliklər gəlir
Məleykə Abbaszadə: Keçid ballarında dəyişikliklər gözlənilir
ŞOK: Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı!
Gələcəyi parlaq olan 5 ixtisas: keçid balı aşağı
Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədi