“AKADEMİYANI MEHDİYEVDƏN XİLAS ETMƏK LAZIMDIR” – Ziya Məmmədovun qardaşı AMEA prezidentinə qarşı
“Mən Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son hadisələrə təəccüblənmirəm. Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır”.
Bunu “Unikal”-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib.
O bildirib ki, bu proseslər davam edəcək: “AMEA-nı xilas etmək lazımdır ki, Azərbaycan elmi dünya elminə düzgün inteqrasiya edə bilsin. AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm.
Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı