Jeffrey Epşteynin ölüm səbəbi ilə bağlı yeni iddialar
ABŞ-da 2019-cu ildə cəzaevində ölü tapılan Jeffrey Epşteynin ölüm səbəbi ilə bağlı yeni iddialar ortaya atılıb. Adli tibb mütəxəssisi Prof. Dr. Maykl Friman, Epşteynin intihar etmədiyini, boğularaq öldürüldüyünü iddia edir.
Minval.info xəbər verir ki, Prof. Dr. Friman, BBC-yə verdiyi açıqlamada, Epşteynin qardaşı Mark Epşteyn tərəfindən ona təqdim edilən otopsi hesabatı və fotoşəkilləri təxminən bir il boyunca araşdırdığını bildirib.
Frimanın araşdırmaları nəticəsində Epşteynin ölümünün intihar deyil, cinayət olduğu qənaətinə gəldiyini deyib. O, Epşteynin boynundakı izlərin asılma nəticəsində yaranan tipik izlərlə uyğun gəlmədiyini, əksinə, daha dərindən və nizamsız izlər olduğunu qeyd edib.
Friman, Epşteynin sol çiynində ciddi bir qanama və üzündə aldığı zərbələrə işarə edən yaralanmalar aşkar etdiyini də əlavə edib. O, Epşteynin, ehtimal ki, arxadan “ip bənzəri bir cisim” ilə boğulduğunu və ardından həmin cisimlə ranzaya asıldığını iddia edir.
Lakin 2019-cu ildə otopsi aparan digər adli tibb mütəxəssisi, Epşteynin yaralanmalarının intiharla uyğun olduğunu və cinayətə işarə edən müdafiə yaralarının olmadığını bildirmişdi.
Epşteyn, 18 yaşından kiçik onlarca qız uşağına cinsi istismarda bulunmaq və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə mühakimə olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-York Manhattan Mərkəzi Həbsxanasında hücrəsində ölü tapılmışdı.
ƏLAQƏLİ
Qətər Körfəz gərginliyinin təhlükələrini vurğuladı, İranla yeni danışıqlar elan etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır
İngilis mətbuatı İsrailin Filistin üzərindəki "Amazon" planını açıqladı
Nvidia milli təhlükəsizlik və ixrac nəzarəti komitəsi qurdu
NATO-nun STARLIFT kosmik təşəbbüsü başladı: Türkiyə də iştirak edir
ABŞ, Megaspeed şirkətinə qarşı cinayət təhqiqatı başladıb
Türkiyədə "Sözcü TV"yə qarşı əməliyyat: Rəhbər şəxslər saxlanıldı