17.11.2026 - 11:14
Türkiyədə "Sözcü TV"yə qarşı əməliyyat: Rəhbər şəxslər saxlanıldı
Dünya 310 baxış

Türkiyədə "Sözcü TV"yə qarşı əməliyyat: Rəhbər şəxslər saxlanıldı

Türkiyədə “Sözcü TV” və “Sözcü.com.tr”yə qarşı genişmiqyaslı polis əməliyyatı baş tutub.

Publika.az-ın məlumatına görə, əməliyyat çərçivəsində telekanalın binasında axtarış aparılıb və bəzi rəhbər şəxslər polis tərəfindən saxlanılıb.

İstanbul Respublika Baş Prokurorluğunun istintaqı əsasında 4 nəfərin saxlanılmasına qərar verilib. Onların arasında İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş menecer Asım Akgül də yer alır.

Əməliyyatdan sonra Əmanətlərin Sığortalanması Fondu (TMSF) “Sözcü TV” və “Sözcü.com.tr” üçün idarəçi təyin edib. Lakin bu qərarın bütün “Sözcü” Media Qrupunu əhatə etmədiyi bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: