17.11.2026 - 10:24
İsrailin nəticəsiz əməliyyatı: "Mossad" iranlı generalı öldürüb
Dünya 243 baxış

İsrailin nəticəsiz əməliyyatı: "Mossad" iranlı generalı öldürüb

İsrail kəşfiyyat xidməti “Mossad”, 1986-cı ildən itkin düşən israilli pilot Ron Aradı tapmaq məqsədilə İranı hədəf alan bir sıra gizli əməliyyatlar həyata keçirib.

Publika.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, “Mossad” Aradın taleyini öyrənmək üçün İstanbulda iranlı general Əlirza Əsgərini qaçırıb. General həftələrlə dindirilsə də, heç bir məlumat verməyib və daha sonra öldürülərək cəsədinin Qara dənizə atıldığı iddia edilir.

Ron Arad, 1986-cı il oktyabrın 16-da Cənubi Livan üzərində “F-4 Phantom” qırıcı təyyarəsinin vurulması nəticəsində paraşütlə tullanaraq şiə “Amal” hərəkatı tərəfindən əsir götürülüb. İsrail, onun İrana təhvil verildiyini düşünürdü, lakin 2004-cü ildə Aradın Livanda öldüyü və dəfn edildiyi qənaətinə gəlinib.

Buna baxmayaraq, İsrail 2021-ci ildə də Aradın taleyi ilə bağlı məlumat əldə etmək üçün iranlı komandir Abdullah Saberini qaçırıb. Saber, İsraildə dindirildikdən sonra Cənubi Afrikanın Yohannesburq şəhərində sərbəst buraxılıb.

İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet əvvəllər Aradın İrana aparılmadığı qənaətinə gəlsə də, “Mossad” İranın hadisədə əli olduğu versiyasını araşdırmağa davam edib. Buna baxmayaraq, əməliyyatlar Ron Aradın taleyi ilə bağlı aydınlıq gətirməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: