17.11.2026 - 15:34
İngilis mətbuatı İsrailin Filistin üzərindəki "Amazon" planını açıqladı
Dünya 369 baxış

İngilis mətbuatı İsrailin Filistin üzərindəki "Amazon" planını açıqladı

İsrail ordusunun Qəzzə zolağına qarşı həyata keçirdiyi hücumların ilk aylarında Filistinlilərə aid 3,5 milyon fotoşəkili Amazon şirkətinin bulud sisteminə ötürdüyü məlum olub. Bu şəkillərin, Filistinlilər üzərində üz tanıma texnologiyası ilə bağlı fəaliyyətlərdə istifadə olunduğu bildirilib.

Minval.info xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetinin əldə etdiyi sənədlərə və İsrail ordusundakı mənbələrlə apardığı müsahibələrə əsasən, İsrail ordusuna bağlı bir qrup, 2024-cü ilin əvvəllərində Amazon şirkətinin süni intellekt dəstəkli görüntü analizi platforması olan “Rekognition”dan üz tanıma məqsədilə istifadə etməyi planlaşdırıb. 3,5 milyon fotoşəkil Amazonun məlumat mərkəzinə yükləndi.

İsrail ordusu, Qəzzə və Qərbi Şəriyadakı Filistinlilərə aid geniş bir fotoşəkil arxivinə sahibdir və bu görüntüləri Amazonun Təl-Əviv yaxınlığındakı məlumat mərkəzinə ötürdü. Fotoşəkillərin “Rolling Stone” adı ilə tanınan bir departament tərəfindən yükləndiyi qeyd olunub.

İsrail ordusu, Qəzzə hücumları zamanı evlərini tərk etmək məcburiyyətində qalan Filistinlilərin nəzarət nöqtələrindən keçərkən sistematik şəkildə fotoşəkillərini çəkib. Amazon buluduna ötürülən 3,5 milyon fotoşəkilin hamısının bu nəzarət nöqtələrində çəkilib-çəkilmədiyi isə dəqiq deyil. Üz tanıma işlərinə bələd bir hərbi mənbə, toplanan görüntülərin çox böyük miqyasda olması səbəbilə İsrail ordusunun Amazonun bulud infrastrukturundan istifadə etdiyini bildirib.

Xəbərdə həmçinin, 2024-cü ilin əvvəllərində bir qrup İsrail əsgərinin Təl-Əvivdəki Amazon Web Services (AWS) ofislərində çalışdığı və Qəzzədəki üz tanıma fəaliyyətlərini daha təsirli hala gətirmək üçün Amazon bulud infrastrukturunun necə istifadə edilə biləcəyini araşdırdığı iddia edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: