NATO-nun STARLIFT kosmik təşəbbüsü başladı: Türkiyə də iştirak edir
NATO-nun yazılı açıqlamasına görə, hərbi məqsədli peyklərin kosmosa buraxılmasını təmin etmək üçün nəzərdə tutulan çoxmillətli STARLIFT təşəbbüsü İzmir şəhərində keçirilən NATO EDGE 26 konfransında rəsmi olaraq başlandı.
Minval.info xəbər verir ki, 2024-cü ildən etibarən inkişaf etdirilən və aralarında Türkiyənin də olduğu 10 müttəfiq ölkə ilə Cənubi Koreyanın maliyyələşdirməyi öhdəsinə götürdüyü STARLIFT, iştirakçı ölkələrin ticari buraxılış xidmətləri təminatçıları və kosmik limanları ilə əməkdaşlıq edərək kosmosa çıxışı daha dayanıqlı, ehtiyaclara daha sürətli cavab verə bilən və maliyyət baxımından daha səmərəli hala gətirməyi hədəfləyir.
Təşəbbüs, hərbi istifadəçilərə ticari raketlərdə buraxılış üçün yer ayırmağı asanlaşdıracaq xidmətlər təqdim edəcək. Bu xidmət NATO ölkələri və Cənubi Koreyadakı kosmik limanlardan ibarət bir şəbəkəyə əsaslanacaq.
STARLIFT, peyklərin təcili buraxılışı da daxil olmaqla, ehtiyaclara sürətlə cavab verə bilən kosmik əməliyyatlar üçün konsepsiyaların inkişaf etdirilməsi və sınaqdan keçirilməsi üçün platforma təmin edəcək. Test və sınaq fəaliyyətləri ilə müttəfiqlərin buraxılış infrastrukturu və logistikasının inkişafı təmin ediləcək, həmçinin kosmik sahədə yaxşı təcrübələr paylaşılacaq.
Belçika, Kanada, Finlandiya, Almaniya, İtaliya, Hollandiya, Norveç, İsveç, Türkiyə və İngiltərə ilə Cənubi Koreya, 29 oktyabrda NATO Milli Silahlanma Direktorları toplantısı çərçivəsində keçirilən imza mərasimində, NATO Dəstək və Təchizat Agentliyi (NSPA) vasitəsilə təşəbbüsü maliyyələşdirməyi öhdələrinə götürüblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır
İngilis mətbuatı İsrailin Filistin üzərindəki "Amazon" planını açıqladı
Nvidia milli təhlükəsizlik və ixrac nəzarəti komitəsi qurdu
ABŞ, Megaspeed şirkətinə qarşı cinayət təhqiqatı başladıb
Jeffrey Epşteynin ölüm səbəbi ilə bağlı yeni iddialar
Türkiyədə "Sözcü TV"yə qarşı əməliyyat: Rəhbər şəxslər saxlanıldı