29.08.2022 - 13:52
Dünya 2 baxış

Aİ Rusiya ilə viza razılaşmasını dayandıra bilər

Avropa İttifaqı xarici işlər nazirləri gələn həftə Praqada keçiriləcək ikigünlük iclasda 2007-ci ildə Aİ-Rusiya viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləməyi planlaşdırır.

Medianews.az “Financial Times”a (FT) istinadən xəbər verir ki, Bu qərarın formalaşmasına Rusiyanın Ukraynada əməliyyatlara başlaması səbəb olub.

Aİ-nin yüksək rütbəli rəsmisi qəzetə deyib: “Rusiyalı turistlərin şəhərlərimizdə gəzməyi bizim üçün qəbuledilməzdir. Rus xalqına siqnal verməliyik ki, bu müharibənin əleyhinəyik”.

Aİ rəsmisi bildirib ki, ilin sonuna qədər əlavə məhdudiyyətlərin qəbul ediləcəyi gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: