28.07.2018 - 13:35
Hadisə
18 baxış
Azərbaycanda sahibkara silahlı hücum olub

Ağstafada sahibkar silahlı hücuma məruz qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələyib. C. Əliyev onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.
Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.
Onun sərxoş halda olması müəyyən edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
12.09.2026 - 08:18
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
11.09.2026 - 23:26
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
11.09.2026 - 23:19
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
11.09.2026 - 20:45
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
11.09.2026 - 20:17
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
11.09.2026 - 17:08
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
11.09.2026 - 16:33
Şərurda yanğın: 9 heyvan tələf oldu
11.09.2026 - 16:26