14.10.2022 - 12:50
Hadisə
22 baxış
Ağgöl Milli Parkında atışma - Bir nəfər axtarışa verildi - FOTO
Ağgöl Milli Parkının əməkdaşları tərəfindən parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edilib.Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Minval.info”ya bildirib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb.
“Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib”.
Xidmət rəisinin sözlərinə görə, digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü
09.09.2026 - 22:54
Gürcüstandan qalxan təyyarə Rizedə dənizə endi
09.09.2026 - 22:19
Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
09.09.2026 - 21:09
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
09.09.2026 - 20:20
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
08.09.2026 - 11:19
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
08.09.2026 - 08:45
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
08.09.2026 - 08:38
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
07.09.2026 - 21:33