Ağdaşda meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi, sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə rayonun Pirəzə kəndində yerləşən meşəlik ərazidə çətənə kollarının becərildiyi barədə əməliyyat məlumatı daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və həyata keçirilən tədbirlər nəticəsində orada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elgiz Həsənov çətənə kollarına qulluq edən zaman saxlanılıb. Həmin yerə baxış zamanı ümumi çəkisi 512 kiloqram olan 79 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır