Ağamirzə: "Ağakərimin ölməsi barədə məlumatlar yalandı"

Meyxanaçı, 2017-ci ildə beyninə qan sızan Ağakərimin ailəsi bu barədə yalan məlumat yayanları məhkəməyə verəcəyini bildirib.
Tanınmış meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Bu barədə Minval.info-ya meyxanaçının sənət yoldaşı Ağamirzə Məmmədov məlumat verib.
“Ağakərimin ölməsi barədə məlumatlar yalandır. Sadəcə o, yataq xəstəsidir, müalicə alır. Niyə belə yalan məlumatlar verirlər? Bununla nə qazanacaqlar? Mən hər gün əlaqə saxlayıram, vəziyyəti eynidir, səhhətində heç bir dəyişiklik, irəliləyiş yoxdur”, – deyə meyxanaçı əlavə edib.
Qeyd edək ki, meyxanaçının ailəsi bu barədə yalan məlumat yayanları məhkəməyə verəcəyini bildirib.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Məlumat üçün bildirək ki, tanınmış meyxanaçı Kərim Novruzov 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi