Ağ Evə açıq hədə: İranın rəsmi agentliyindən Melaniya və Barron Trampa qarşı ŞOK VİDEO
ABŞ-la İran arasında hərbi və siyasi gərginliyin pik həddə çatdığı bir vaxtda Tehran xəttindən Vaşinqtona qarşı görünməmiş və olduqca təhlükəli bir addım atılıb.
İranda birbaşa SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) bağlılığı ilə tanınan “Tasnim” xəbər agentliyi ABŞ-nin birinci xanımı Melaniya Trampı hədəf alan xüsusi videoçarx tirajlayıb.
Minval.info xəbər verir ki, yayımlanan həmin videomaterial rəsmi Vaşinqton tərəfindən birinci xanıma qarşı açıq təhdid və sui-qəsd ssenarisi kimi qiymətləndirilib. Skandal videoda Melaniya Trampın gündəlik vərdişləri, Nyu-Yorkda tez-tez baş çəkdiyi dəbdəbəli geyim mağazalarının adları və onun fərdi təhlükəsizlik tədbirləri xırdalıqlarına qədər təhlil edilərək mümkün hücum planı kimi təqdim olunur.
İran mediasının hazırladığı materialda iddia edilir ki, birinci xanımın mühafizəsi prezident Donald Trampın təhlükəsizlik sistemindən tamamilə ayrı təşkil olunur və bu da onu zəif bəndə çevirir. Ekspertlərin rəyinə görə, Ağ Ev ailəsini qorxutmaq məqsədi daşıyan bu videonun böyük bir hissəsi xüsusi olaraq süni intellekt texnologiyaları vasitəsilə quraşdırılıb.
Sözügedən paylaşımda təkcə Melaniya Tramp deyil, prezidentin gənc oğlu Barron Trampın da adı xüsusi vurğulanıb. Yeniyetmə Barron Trampa qarşı videoda birbaşa həyatı təhdid edən qorxulu ifadələr yer alıb. Bu addımın ABŞ xüsusi xidmət orqanları tərəfindən necə cavablandırılacağı və Tramp administrasiyasının Tehrana qarşı hansı kəskin sanksiyaları tətbiq edəcəyi hazırda qlobal miqyasda maraqla gözlənilir.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"MoveShort" piramidasının ifşası – Yeni həbslər olacaq
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
Azərbaycana gələn turistlərin sayı azalıb
Erməni ordusunda HÜCUM silahları - Kimə tuşlanacaq?