27.10.2026 - 17:14
Yaşlılıqda yaddaşı gücləndirən fəaliyyətlər açıqlandı
Dünya 219 baxış

Yaşlılıqda yaddaşı gücləndirən fəaliyyətlər açıqlandı

Şahmat və kart oyunları yaşlı insanların beynini qorumağa kömək edir. Dostlarla və qonşularla ünsiyyətin müsbət təsiri isə yalnız kişilərdə müşahidə olunub.

Publika.az xəbər verir ki, Çinin Tsinxua Universitetinin alimləri 2011-2020-ci illərdə yaşı 60-dan yuxarı olan 3293 nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri “Nature Aging” jurnalında dərc edilib.

Araşdırmaya görə, şahmat, kart oyunları və təhsil məşğələləri həm kişilərdə, həm də qadınlarda yaddaş və diqqətin qorunmasına kömək edir. Bu fəaliyyətlərə daha çox vaxt ayıranlarda müsbət təsir də artır.

Dostlarla görüşmək, qohumlara və qonşulara kömək etmək, könüllü fəaliyyətlərdə iştirak etmək isə kişilərdə beyin sağlamlığı ilə əlaqələndirilib. Alimlər bunu kişilərin təqaüdə çıxdıqdan sonra iş və ictimai həyatla bağlı sosial əlaqələrinin zəifləməsi ilə izah edirlər.

Tədqiqat müəllifləri yaşlı qadınlara da ailə çevrəsindən kənarda sosial fəaliyyətlərə qoşulmağı, şahmat və mütaliə qruplarında iştirak etməyi tövsiyə edirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: