27.10.2026 - 17:54
Çinli markalar Mbappe ilə əməkdaşlığı dayandırdı
Dünya 165 baxış

Çinli markalar Mbappe ilə əməkdaşlığı dayandırdı

Çinin ən böyük içki istehsalçılarından biri olan Dongpeng, fransız futbolçu Kilian Mbappe ilə olan bütün əməkdaşlığı dərhal dayandırdığını açıqlayıb. Bu qərar, Mbappe’nin süni intellektlə hazırlanmış görüntülərinin yayılması ilə əlaqədar qəbul edilib.

Minval.info xəbər verir ki, Fransız AFP agentliyinin məlumatına görə, Dongpeng şirkəti “ulusal hissləri incitən hər hansı bir davranışa müsamaha göstərilməyəcəyini” vurğulayaraq sıfır tolerantlıq siyasəti tətbiq etdiyini bəyan edib. Mbappe, Dünya Kuboku zamanı bu şirkətin enerji içkiləri reklamlarında geniş şəkildə istifadə edilirdi.

Bu hadisənin ardından, Çinin ən iri süd məhsulları istehsalçısı olan Mengniu da oxşar bir açıqlama verərək Mbappe ilə olan müqaviləni ləğv etdiyini bildirdi. Mengniu, “Çin xalqının hisslərini zədələyən söz və hərəkətlərə qarşı sıfır tolerantlıq” prinsipini əsas gətirərək bu qərarı qəbul etdiyini açıqladı.

Mbappe, Çində “Guigui” yəni “Kaplumbağa” ləqəbi ilə tanınan və sosial mediada milyonlarla pərəstişkarı olan məşhur bir idmançıdır. Ancaq son hadisələr onu ölkədəki ən populyar xarici idmançılardan biri olmaqdan çıxararaq hədəf halına gətirib.

Çinin Weibo platformasında “Dongpeng Beverage, Mbappe ilə əməkdaşlığı dayandırdı” başlığı ən çox müzakirə olunan mövzuya çevrilib. İstifadəçilər futbolçunun qırmızı xətti keçdiyini bildirərək içki qutularında olan üzünün dərhal çıxarılmasını tələb ediblər.

Ölkənin tanınmış futbol platformalarından Dongqiudi isə yayımladığı bəyanatda Mbappe’nin ifadələrinin Çin xalqına və azarkeşlərə birbaşa təhqir olduğunu yazıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: