Afrikalı hücumçu: "Karyeramı Azərbaycanda davam etdirmək istərdim"
“Baş məşqçi Sənan Qurbanovun haqqımda dediyi fikirlər barədə danışmaq istəmirəm. Dekabrın 31-də müqaviləm başa çatır və sözləşməni yeniləməyəcəyəm. Bunun səbəbini də açıqlamayacağam”.
Minval.info xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Keşlə” klubunun futboloçusu Anatole Abanq deyib.
25 yaşlı kamerunlu hücumçu “Zirə” və “Neftçi”nin onunla maraqlanması iddialarına da münasibət bildirib: “Bu klublardan heç bir təklif almamışam. Lakin karyeramı Azərbaycanda davam etdirmək istərdim. Azad agentəm, hər şeyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Anatole Abanq 2020-ci ilin dekabrında paytaxt təmsilçisi ilə bir illik müqavilə imzalayıb. “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Sumqayıt”a səfərdə 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV tur oyunundan sonra mətbuat konfransında afrikalı oyunçunun məvacibinin yüksək olduğunu və bu səbəbdən onunla vidalaşacaqlarını deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı