Afaq Bəşirqızının Rasim Balayevin sərt sözlərinə münasibəti: "Yeni doğulmuş uşaq..."
Xalq artisti Afaq Bəşirqızı komediya filmlərini bəyənmədiyini deyən həmkarı Rasim Balayevin fikirlərinə münasibət bildirib.
Minval.info publika-ya istinadən xəbər verir ki, aktrisa Azərbaycan kinosunu yeni doğulmuş uşaq adlandırıb:
“Kino sahəsində çalışan hər kəs Azərbaycan Kinostudiyasının hazırda hansı vəziyyətdə olduğunu gözəl bilir. Odur ki, əsas mənbəni nəzərə almaq lazımdır. Keyfiyyətli filmlər harada və necə çəkilsin?
Kommersiya filmləri haqqında ümumi ictimai rəy kimi danışmaq mənim üçün çətin məsələdir. Hər halda o, kino sahəsini məndən qat-qat yaxşı bilir. Çünki Rasim bəy sırf kino aktyorudur. Yəqin ki, onun bu fikri bildirməkdə bir əsası var”.
Xatırladaq ki, Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son vəziyyəti ilə əlaqədar olaraq bunları demişdi:
“Bütün sahələrdə, o cümlədən “Bozbash Pictures” tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi