06.09.2021 - 02:08
Hadisə
13 baxış
Abşeronda sərnişin avtobusundan yıxılan qadın ağır xəsarət alıb
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü İsayeva Vüsalə Zöhrab qızı avtobusundan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.
Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hadisəylə bağlı məlumatı “Report”a təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29