Abşeronda polisin qovduğu avtomobil qəzaya düşdü: yaralananlar var - FOTO
Novxanı-Masazır şosesində ağır yol qəzası baş verib.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtomobili idarə edən Hüseyn Məmmədov əks yola çıxaraq İlkin Hüseynovun idarə etdiyi “Hyundai”a çırpılıb. Zərbənin gücündən “Daewoo” Anar Ağayevin idarə etdiyi “Mercedes”ə çırpılaraq aşıb. “Daewoo”nu idarə edən sürücü və sərnişin, həmçinin “Hyundai”ın sürücüsü İ.Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə “Daewoo” markalı avtomobili Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi ərazisində xidmət aparan 99-PN-287 dövlət nişanlı post patrul xidmətinin əməkdaşları təqib edirmiş.
Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.
“Minval.info”










Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu
