ABŞ generalı Ukraynanın Krımı azad edəcəyi tarixi açıqlayıb
“2022-ci ilin sonuna qədər Ukrayna Rusiya qüvvələrini fevralın 24-dən əvvəl olan demarkasiya xəttindən kənara çıxara biləcək”.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Əfqanıstan və İraq müharibələrinin veteranı, istefada olan general-leytenant Ben Hodces deyib.
O, Ukraynanın Krımı işğaldan azad edəcəyinə əmindir: “Bunun üçün sadəcə lazımi şərait təmin edilməlidir. Krım gələn ilin əvvəlində Ukraynanın nəzarətinə keçəcək. Əminəm ki, rusların döyüşmək üçün iradəsi yoxdur”.
Generalın sözlərinə görə, Kreml Şimali Koreyada, Afrikada, Suriyada ehtiyat qüvvə axtarır: “Qarşıdakı həftələrdə bizi çətin döyüşlər gözləyir. Rusiya qüvvələri daha da zəifləyəcək. Bununla belə, biz Ukraynanı lazım olan hər şeylə təmin etməliyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nişan xonçaları məzarı üzərinə qoyulan şəhid - VİDEO
"Barselona"dan Arda Turan üçün şok təklif
SON DƏQİQƏ! Kiyev əhalisi şəhəri tərk edir VİDEO
Kiyevdə yüksək vəzifəyə seçilən azərbaycanlı: Rəna Nəzərova kimdir?
Donetskdə Rusiyanın hərbi anbarı PUA ilə vurulub
Ali Baş Komandan: "Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu"