ABŞ-da yaşayan reper Röya ilə duet oxudu - Video
Hazırda ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı yeni işini təqdim edib.
Minval.info xəbər verir ki, Orxan Zeynallı Röya Miriyeva ifa etdiyi növbəti “Bulud” adlı trekinə ekran həyatı verib. Klipin çəkilişləri ABŞ-ın 3 fərqli ştatında baş tutub: Kaliforniyadakı Ölüm Vadisində yerləşən duz gölündə, Nevada ştatında yerləşən Las Veqas şəhərində və Nyu York ştatındakı məşhur “Jones Beach”də.
Ekran işinin rejissorluğunu Kaliforniyada fəaliyyət göstərən Röyal İsmayılov və Elçin Süleymanov edib. Nyu York kadrlarını isə Rəsul Məlikzadə çəkib.
Repçi isə öz növbəsində klipdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu Orxan Zeynallı ilə Röya Miriyevanın sayca 3-cü işbirlikləridir.
https://www.youtube.com/watch?v=wnO0q1_cgJA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol