29.12.2018 - 11:18
Hadisə 3 baxış

67 yaşlı kişi özünü asıb

Göygöl rayonunda intihar hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Göygöl rayonu, Balçılı kənd sakini, 1951-ci il təvəllüdlü Kamal İsmayılov gecə saatlarında yaşadığı evin damında özünü asaraq intihar edib. İlkin ehtimala görə, intihara səbəb mərhumun həyat yoldaşı ilə aralarında olan münaqişə olub.

Məlumata görə, bir neçə gün öncə mərhumun həyat yoldaşı evi tərk edib və bundan depressiyaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: