660 min mərmi, 47 min raket…
2022-ci ilin fevralın sonundan bəri ABŞ Ukraynaya 660 mindən çox mərmi və raket verib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” ABŞ müdafiə nazirliyinin açıqladığı məlumatlara istinadən yayıb.
Məlumata əsasən mərmilərdən əlavə, ABŞ 142 artilleriya sistemi, 47 min portativ raket sistemi və 1,4 mindən çox portativ zenit-raket kompleksi, 15 helikopter, 42 əks batareya radarı, 10,2 min avtomat və tapança, 64 milyona yaxın patron və 18 patrul kateri verib.
Bu qədər silahın çatdırılması üçün Avropaya 764 dəfə uçuş həyata keçirilib, 42 gəmi, 104 qatar və 2,5 min yük maşını ilə daşınma icra olunub. Silah və texnikanın ümumi kütləsi Pentaqon tərəfindən 48,7 min tondan çox qiymətləndirilir.
Məlumatlara əsasən, ABŞ bu silahların əksəriyyətini Polşanın Rzeşov aerodromuna çatdırıldıqdan sonra Ukraynaya ötürüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur