Fransada yüz minlərlə insan yenidən küçələrdə
Fransada son həftələrdə lisey və universitet tələbələrinin təşkil etdiyi etirazlar, həmkarlar ittifaqlarının tətil qərarları ilə birləşərək genişmiqyaslı aksiyalara çevrilib. Gənclərin məktəblərdəki pis təhsil şəraitinə qarşı başladığı etirazlar, artan həyat bahalılığı və gəlir bərabərsizliyinə qarşı duyulan narazılıqla daha da güclənib.
Minval.info xəbər verir ki, yığılan narazılıqlar 17 oktyabrda Fransanın son illərdə şahidi olduğu ən ciddi küçə hadisələrinə səbəb olub. Rəsmilər ölkə üzrə 500 min ilə 700 min arasında insanın küçələrə çıxacağını proqnozlaşdırır.
Paytaxt Parisdə keçiriləcək yürüşdə isə təxminən 80 min insanın iştirak edəcəyi gözlənilir. Fransa Demokratik İşçi Konfederasiyasının (CFDT) nümayəndəsi Marylise Leon, AFP agentliyinə verdiyi açıqlamada “Güclü bir səfərbərlik olacaq” deyərək, iştirak səviyyəsinin 2023-cü ildəki pensiya islahatı etirazları ilə müqayisə edilə biləcək ölçüyə çatacağını vurğulayıb.
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Tətil dalğasına dövlət və özəl sektor təhsil həmkarlar ittifaqları, dəmir yolu işçiləri, dövlət xəstəxanaları və poçt xidmətlərini təmsil edən ittifaqlar da dəstək verir. Hökumətə və işəgötürənlərə tələblərini çatdıran həmkarlar ittifaqları, 2012-ci ildən bəri qanuni öhdəliklər xaricində hər hansı əlavə artım edilməyən minimum əmək haqqına zam tətbiq edilməsini, bütün maaş pillələrində ümumi artımın həyata keçirilməsini, vergi islahatı aparılmasını və gənclər üçün təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı Ukraynaya 4.89 milyard dollar məbləğində kredit ayırdı
Fransada tələbələrin etirazlarına polis müdaxiləsi
Tramp üçüncü dəfə impiçment təhlükəsi ilə üz-üzədir
Honq Konq demokratiya fəalı Coşua Vonqa 10 il həbs cəzası verildi
ABŞ-da seçkilər: Demokratlar tarixi qələbələr qazandı
Avropada Trampın zəifləməsi: yeni siyasi ssenarilər