"50 manata şou-proqramda oxuyur, kreditə görə evini satıb"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Firuzə İbadova evinin şəraitsiz olmasından gileylənib.
Minval.info xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova onla bağlı paylaşım edərək, həmkarının imkansızlığı ilə bağlı bəzi məqamlara toxunub. O bildirib ki, İbadova şou-proqramlarda 50 manata oxuyur:
“Mən onu tanıyanda o artıq ulduz idi. Mənim üçün bu gün də ulduzdur. Onu dinləmək üçün insanlar ciblərindəki son pulu verib bilet alıb konsertinə gəlirdilər. Onun çıxış etdiyi konsertlərinin dəfələrlə şahidi olub, pərdə kənarında onu dinləyə-dinləyə öyrənmişəm.
Onun ehtiyacı olmasa da, Şövkət Ələkbərovaya olan sevgisindən gedib onun sinfində dərs aldı. Təqvimdə elə bir gün yox idi ki, o, konsertlə tamaşaçı qarşısına çıxmasın: stadion, tarla, kolxoz deməzdi… Firuzə xanımın tədbirlərdə necə şövqlə gözəl keçməsi üçün çıxış etməsinin şahidi olmuşam.
Qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi, müqabilində isə Firuzə İbadova ayda bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqın qarşısında olan saysız çıxışlarının sonunu bugünkü kimi deyil, çox böyük sevgi, diqqətlə ödəniləcəyini, təminini düşünürdü. Məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi