"3 yaşlı İsmayılı FHN yox, kənd sakinləri tapdı, atası mükafat verəcək" - TƏFƏRRÜAT - VİDEO
Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşən 3 yaşlı uşaq tapılıb.
Hadisə şahildlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tapmayıb: “Neçə saatdır ki, FHN bu ərazidə axtarış aparırdı, ancaq uşağı FHN yox, vidoeoda görünən kişi və gənc oğlan tapıb. Uşaq çox da uzağa gətməyib. Burada mayakın arxasında meşəlik var, çayın yanında kolluqdan tapıblar. Şükür Allaha ki, uşaq sağ-salamatdır”.
Şahidlərin dediyinə görə, uşağın atası övladını tapan kişiyə pul mükafatı verəcək: “Uşağın yaxınları dedi ki, İsmayılı tapan şəxsə hədiyyə və pul mükafatı verəcəklər”.
İsmayıl Novruzovun ailəsinə təhvil verildiyi anın videosunu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
Şərurda yanğın: 9 heyvan tələf oldu