2 yaşlı uşağı atıb gedən ata tapıldı, ana isə...

Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının atası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırılıb.
Minval.info-nun əldə etdiyi məlumata görə, hazırda 2 yaşlı uşağın atasından yaranmış vəziyyətlə bağlı izahat alınır.
Xatırladaq ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirilməsini bildirib:
“Ailə 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün verib. Neçə gündür uşağı götürmədiklərinə görə, qonşu uşağın atasına zəng edib. Atası bildirib ki, mənə uşaq lazım deyil. Anasına isə zəng çatmır.
Qonşu artıq balacaya baxa bilmədiyi üçün sığınacağa gətirib”.
Əlavə edək ki, M.Zeynalova dünən azyaşlı ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verib və hazırda məsələ qurumun nəzarətindədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır