19 pambıqçı daha zəhərləndi
Tərtərdə pambıq sahəsində işləyən 19 nəfər zəhərlənmə diaqnozu ilə Yevlax xəstəxanasına müraciət edib.
Minval.info APA-ya istinadən xəbər verir ki, rayonun Xoruzlu kəndində pambıq sahəsində çalışan işçilər kimyəvi maddədən zəhərlənmə diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, müraciət edənlər Tərtər rayonu ərazisindən gələn Yevlax rayon sakinləridir. Xəstəxanaya yerləşdirilənlərin bir qismi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin vəziyyəti isə kafidir.
Qeyd edək ki, analoji hadisə Ağdamda da qeydə alınıb. Xəstəxanaya müraciət edən 2 nəfər pambıqçı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Londonda növbəti “qurban” sabiq nazirin oğlu ola bilər - Adını hələ demirlər
Zuckerberg üzr istədi, Facebook-a inanmaq olarmı?
İlham Əliyev başsağlığı verdi
Toy dəvətnamələrinin üzərində peyvənd olunmanın vacibliyi yazılmalıdır
Azərbaycanlılar təxribatçı ermənilərin səhifəsini bağlatdırdı - Foto