21.06.2022 - 13:00
Hadisə
23 baxış
17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldadan qadın saxlanıldı
Lənkəranda dələduzluq edən qadın saxlanılıb.
Bu barədə “Minval.info”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Lalə Zeynalova saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, əvvəllər də paytaxt ərazisində etdiyi analoji cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə hər birinin ayrı-ayrı məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirakını istisna etmir.
“Lalə Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
12.09.2026 - 11:27
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
12.09.2026 - 08:18
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
11.09.2026 - 23:26
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
11.09.2026 - 23:19
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
11.09.2026 - 20:45
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
11.09.2026 - 20:17
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
11.09.2026 - 17:08
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
11.09.2026 - 16:33