Zelenskidən səs-küylü bəyanat: “O iki ölkə bizə artıq hücum edib!”
Ukrayna cəbhəsində gərginlik fonunda rəsmi Kiyevdən beynəlxalq müstəvidə ciddi rezonans doğuracaq bəyanat gəlib.
Ukrayna Prezidenti Volodimir Zelenski bəzi xarici dövlətlərin Rusiya ilə hərbi ittifaqda olaraq müharibəyə birbaşa cəlb olunduğunu diqqətə çatdırıb.
Minval.info xəbər verir ki, Böyük Britaniyanın “Sky News” telekanalına geniş müsahibə verən Ukrayna lideri Tehranın təhdidləri və ölkəsinə birbaşa hücum riskləri barədə sualları cavablandırıb. Zelenski bildirib ki, İran artıq Rusiyanı “Şahid” dronları və onların yerli istehsalı üçün zəruri texnologiyalarla təchiz etməklə Ukraynaya qarşı müharibədə faktiki olaraq iştirak edir.
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
Hücumun artıq baş verdiyini, sadəcə fərqli bir formada reallaşdığını vurğulayan prezident qarşı tərəfin addımlarını sərt tənqid edib:
“Əgər İran müharibənin ilk ilindən Rusiyaya yeni baza və minlərlə “Şahid” dronu veribsə, daha sonra isə bu dronların istehsal lisenziyalarını ötürübsə — bu, bizə hücum deyilmi? Məncə, tamamilə belədir”.
Ukrayna dövlət başçısının sözlərinə görə, Kiyev hazırda yeni bir cəbhənin açılmamasına çalışır və kifayət qədər ehtiyatla hərəkət edir, lakin artıq hər kəsə aşkar olan faktları gizlətməyin heç bir mənası yoxdur. O, “İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”, — deyərək hər iki dövlətin Rusiya işğalı zamanı Kiyevin hər hansı bir xəbərdarlığı və ya təxribatı olmadan Kremlə dronlar, raketlər və 155 mm-lik artilleriya mərmiləri ötürdüyünü xatırladıb.
Britaniya baş naziri: Brexit sazişinin yenidən baxılması birləşdirici ola bilər
Zelenski eyni zamanda müharibədə birbaşa iştirak edən 10 000 Şimali Koreya əsgərindən də bəhs edərək, “Biz bu insanlara əsla etibar edə bilmərik”, — deyə fikirlərini yekunlaşdırıb. Ukrayna lideri vurğulayıb ki, mövcud vəziyyətdə bu təhdidlərin daha da pisləşməsi ehtimalına qarşı ciddi hazırlıq işləri görülməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır
Avropa müharibəyə hazırlaşmalıdır: iqtisadiyyat və təhlükəsizlik
Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib