Zaur saxtakar həkim qalmaqalı ilə bağlı danışdı: "Mən sadəcə vasitəçiyəm"
Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər.
Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Minval.İnfo xəbər verir ki, Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir. Buna görə də, xəbərlər yayılandan dərhal sonra bütün gözlər Zaur Baxşəliyevə çevrilib.
Zaur Baxşəliyev efirində tez-tez təriflədiyi həkimlə bağlı qalmaqallara da elə öz verilişində üstüörtülü cavab verib. Teleaparıcı bildirib ki, onlara müraciət edən xəstələlərin sağlamlığı daha önəmlidir:
“Sözüm anlayanlaradır. Xəstələr bizə müraciət edir və biz onları həkimlərə yönləndirik. Biz kimik ki? Burada mən sadəcə vasitəçiyəm, bizə müraciət edən xəstələrin sağalması bizim üçün vacibdir.
Bura gələn bütün həkimlərimizin bizə müraciət edən xəstələrə təmənnasız etdiyi müalicə və müayinələrlə bağlı sizlərə məlumat veririk. Vasitəçi olduğumuz üçün ancaq sizə “Baxın, filan həkim filankəsə kömək etdi” – deyə, göstərə bilərik. Bizə ancaq məsələnin bu tərəfi maraqlıdır”.
Dəniz
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fuad Abbasovun həbsi cəmiyyəti ayağa qaldırdı
Fuad Abbasov sabah Azərbaycana deportasiya olunacaq
ABŞ Senatı da Türkiyəyə “F-35” verilməsini qadağan etdi
Vasif Talıbovla bağlı QALMAQALLI detallar – yaxın adamı niyə danışdı?
ÜST: Evdə qal, həyatları xilas et!
Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin həbsi ilə bağlı - Açıqlama
İTV-nin yeni baş direktoru kimdir? - DOSYE
