Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
Finlandiyanın Milli Arxivi, Rusiyadan əldə edilən tarixi sənədlərə internet üzərindən sərbəst çıxışı 9999-cu ilə qədər məhdudlaşdırıb. Bu məhdudiyyət, 1500-1990-cı illəri əhatə edən geniş sənəd toplusuna şamil edilir. Buraya XX əsrin əvvəllərinə aid Sveaborg qalasının nadir çertyoj və rəsmləri də daxildir. Hazırda tədqiqatçılar bu materiallarla yalnız xüsusi oxu zallarında tanış ola bilərlər.
Minval.info xəbər verir ki, 2005-ci ildən etibarən iki ölkənin arxiv qurumları arasında əməkdaşlıq çərçivəsində Rusiyadan Finlandiyaya təxminən 1 milyon səhifə tarixi sənəd gətirilib. Bu materialların alınması, daşınması və surətinin çıxarılması üçün Finlandiya büdcəsindən 1 milyon avrodan çox vəsait ayrılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma