Zaur Mirzəzadə həbs edildi
QHT rəhbəri, özünü jurnalist kimi təqdim edən Zaur Mirzəzadə həbs edilib.
“Minval.info” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.
Zaur Mirzəzadə “bakutime.az” saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi tanınıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb