Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Rusiyanın “Vahid Rusiya” Partiyasından Dövlət Dumasına namizəd Yevgeni Apostolov və ailəsinin İspaniya və Rusiyada ümumi dəyəri 1 milyard rubldan çox olan daşınmaz əmlaka sahib olduğu iddia edilir. Bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında məlumat verilir.
Minval.info xəbər verir ki, hazırda Həştərxan Vilayət Dumasının deputatı olan Apostolov, əvvəllər regionun mədəniyyət və idman nazirinin müavini vəzifəsində çalışıb. 2017-ci ildən isə Həştərxanda ailəsinə məxsus “Delta” lombardının direktor müavinidir. Lombardın rəsmi olaraq yeganə sahibi deputatın anası Tatyana Apostolovadır.
FBK-nın məlumatına görə, Apostolovlar ailəsi 2014-cü ildən etibarən İspaniyanın məşhur Kosta-del-Sol sahillərində daşınmaz əmlak almağa başlayıb. Əməliyyatlar yenə deputatın anasının adına rəsmiləşdirilmiş İspaniya şirkəti vasitəsilə həyata keçirilib. Araşdırmaya əsasən, ailə İspaniyanın ən bahalı kurort şəhərlərindən olan Marbelyada yeddi mənzil və bir taunhaus alıb. Bu əmlakların ümumi dəyəri 8,71 milyon avro – təxminən 870 milyon rubl qiymətləndirilir.
Ailənin Madriddə, şəhərin tarixi mərkəzində də mənzili olub. Lakin həmin əmlak alındıqdan 14 ay sonra satılıb. İspaniyanın turizm reyestrindəki məlumatlara görə, Marbelyadakı mənzillərdən ən azı ikisi turistlərin yerləşdirilməsi üçün qeydiyyata alınıb və qısamüddətli kirayəyə verilir.
FBK deputat ailəsinin Rusiyadakı əmlaklarını da müəyyənləşdirdiyini bildirir. Tatyana Apostolovanın adına Sankt-Peterburqda, Ermitajın yaxınlığında 108 kvadratmetrlik və təxminən 45 milyon rubl dəyərində mənzil rəsmiləşdirilib. Bundan əlavə, onun Moskva və Moskva vilayətində ümumi dəyəri təxminən 200 milyon rubl olan 13 kommersiya obyekti olduğu bildirilir.
Beləliklə, FBK-nın hesablamalarına əsasən, Apostolov ailəsinin İspaniya və Rusiyada müəyyən edilmiş daşınmaz əmlaklarının ümumi dəyəri 1 milyard rublu keçir. Yevgeni Apostolov bütün bunların fonunda 2026-cı il sentyabrın 20-də keçiriləcək Dövlət Duması seçkilərində Həştərxan vilayətindən “Vahid Rusiya”nın namizədi kimi mandat uğrunda mübarizə aparır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!
Husilər Yəməndə irəliləyir: Sahil xətti tam nəzarətdə!
Nepalda daşqın fəlakəti: 1 400 ölü, milyardlarla ziyan
Oman Hörmüz boğazı üçün diplomatik təşəbbüs edir