Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Sentyabrın 13-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə saatlarında temperatur 17-21° isti, gündüz isə 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% arasında dəyişəcək.
Minval.info xəbər verir ki, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq rayonlarında və dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağıntılar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Gecə temperaturu 16-20° isti, gündüz 28-33° isti, dağlıq ərazilərdə isə gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir
BMT rəsmisi: Qarabağda bərpa işləri təqdirəlayiqdir
Rüstəm Behrudi: "Sən böyük şairsən!" dedilər
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu