Zaqatalada məktəb ləvazimatları mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı insanların dincliyin pozan partlayıcı, tezalışan maddələrin satışını həyata keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, “Bazar” adlanan ərazidə məktəb ləvazimatları mağazasında pirotexniki vasitələrin gizli şəkildə satılması barədə polisə məlumat daxil olub.
Obyektə keçirilən baxış zamanı oradan külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Mağazanı işlədən Aqşin Əsədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var