13.09.2026 - 13:35
Hadisə 19 baxış

Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir

Bu gün Azərbaycanın qəhrəman oğlu Səbuhi Əhmədovun şəhadətindən dörd il ötür. 21 dekabr 1996-cı ildə Şəki şəhərində dünyaya gələn Səbuhi, kiçik yaşlarından valideyn qayğısından məhrum olaraq “SOS Uşaq Kəndləri”ndə böyüyüb. 2002-2013-cü illərdə Bakı şəhər 269 saylı tam orta məktəbdə təhsil alıb, daha sonra Bakı Qida Sənayesi Kollecində təhsilini davam etdirib.

Minval.info xəbər verir ki, Səbuhi Əhmədov Azərbaycan Ordusunun giziri olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. O, Suqovuşan, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Suqovuşan qəsəbəsi istiqamətində aldığı qəlpə yarasına baxmayaraq, müalicədən sonra döyüşlərə davam edib. Zəngilan istiqamətində hərbçi yoldaşını xilas edərkən əli zədələnib, Ağdərə istiqamətində isə baş nahiyəsindən qəlpə yarası alıb.

2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalarda Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumilikdə 50 hərbi qulluqçu şəhid olub. Allah rəhmət eləsin!

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: